Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri ilə görüş keçirilib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri ilə görüş keçirilib

Aprelin 23-də Dövlət Gömrük Komitəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Böyük Britaniya ilə Azərbaycan arasında mövcud əlaqələrdən məmnunluqla bəhs edilib, iki ölkənin gömrük orqanlarının əməkdaşlıq perspektivləri müzakirə olunub.

Həmçinin ölkəmizdə xarici ticarət iştirakçıları üçün yaradılan şərait, xüsusilə gömrük sahəsində həyata keçirilən süni intellekt əsaslı yeni layihələr barədə məlumat verilib, iki ölkənin gömrük orqanları arasında təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Aprel 2024 17:06
195