Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları üçün təlim keçirilib

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları üçün təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları üçün “BLS – Təməl Həyata Dəstək” instruktur təlimi təşkil olunub.

Nəzəri və praktiki mərhələdən ibarət olan təlim tibbi və qeyri-tibbi heyət üçün nəzərdə tutulub.

Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin əməkdaşları tərəfindən keçirilən təlimin əsas məqsədi zərərçəkmiş sağlamlıq mərkəzlərinə çatdırılana qədər ilk yardımın göstərilməsi bacarıqlarının öyrədilməsidir.

Naxçıvan Baş Gömrük İdarəsinin postlarında təşkil olunacaq təlim 3 gün davam edəcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Aprel 2024 16:49
195