Cari ilin birinci rübünün yekunlarına həsr olunan kollegiya iclası keçirilib
Cari ilin birinci rübünün yekunlarına həsr olunan kollegiya iclası keçirilib
Aprelin 25-də Dövlət Gömrük Komitəsində 2024-cü ilin birinci rübünün yekunlarına həsr olunan kollegiya iclası keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizin davamlı iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində gömrük sisteminin müasir tələblərə uyğun şəkildə qurulması, gömrük inzibatçılığının təkmilləşdirilməsi məqsədilə gömrük orqanları qarşısında müəyyənləşdirilən mühüm vəzifələrin icrası ilə bağlı zəruri işlərin həyata keçirildiyini vurğulayıb.
Bildirilib ki, bu istiqamətdə görülən işlər daha da sürətləndirilməli, hədəflərə çatmağın təmin olunması və ilkin nəticələrin qiymətləndirilməsi, gömrük daxili əlaqələrin gücləndirilməsi, fəaliyyətin optimallaşdırılmasına yönələn səylər daha da artırılmalıdır.
İclasın gündəliyi təsdiq edildikdən sonra Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev gömrük orqanlarının cari ilin birinci rübü ərzindəki fəaliyyəti barədə hesabat nitqi ilə çıxış edib.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub.
İclasda birinci rübdə gömrük orqanlarının fəaliyyəti təhlil edilib, 2024-cü il ərzində müəyyən olunmuş məqsədlərə çatmaq üçün monitorinqlərin aparılması, əməkdaşların potensialının gücləndirilməsi, təşəbbüskarlığın artırılması, Komitənin strateji hədəflərinin reallaşdırılması istiqamətində tapşırıq və tövsiyələr verilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi