Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mobil telefonlar aşkar edildi

Mobil telefonlar aşkar edildi

Ciddə-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanı Terminal 1 inzibati binasının qarşısındakı avtomobil dayanacağında ayrı-ayrı şəxslərdən mobil telefonları toplayan zaman Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin şəxsə yaxınlaşaraq HNBGİ-nin inzibati binasına dəvət ediblər.

Vətəndaşın əl çantasına baxış keçirilən zaman oradan 8 ədəd “İpone 15 Pro, 1 ədəd “İpone 14” markalı və 3 ədəd “Samsung Galaxy S23 Ultra” markalı telefonlar aşkar edilərək götürülüb.

Müəyyənləşdirilib ki, həmin şəxs mobil telefonları xarici ölkədən kommersiya məqsədi ilə almış, gömrük ödənişlərindən yayınmaq üçün 12 müxtəlif şəxsə paylamış, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi bəyan edərək keçirməyə cəhd göstərmişdir.  

Dövlət Gömrük  Komitəsi  vətəndaşların nəzərinə çatdırır ki, bu cür qanunsuz hərəkətlər inzibati və ya cinayət məsuliyyəti yaradır.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Aprel 2024 17:36
195