Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Risklərin idarəedilməsi üzrə master təlimçi proqramı üzrə görüş keçirilib

Risklərin idarəedilməsi üzrə master təlimçi proqramı üzrə görüş keçirilib

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) tərəfindən Risklərin idarəedilməsi üzrə master təlimçi proqramı və Buraxılış vaxtının ölçülməsinə (TRS) dair proqram üzrə onlayn görüş keçirilib.

Görüşdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğız, Tacikistan, Gürcüstan, Ermənistan gömrük xidmətlərinin nümayəndələri iştirak edib.

Tədbirdə ÜGT-nin Potensialın Gücləndirilməsi Direktorluğunun texniki əməkdaşı, Avropa regionu üzrə regional inkişaf meneceri Daşqın Əliyev və ÜGT-nin Potensialın Gücləndirilməsi Direktorluğunun texniki attaşesi Motohiro Fujimitsu tərəfindən “Mərkəzi Asiya və Qafqaz regionu vasitəsilə Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin əhəmiyyəti”, “Beynəlxalq təchizat zəncirinin davamlılığı”, “ÜGT və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında əməkdaşlığın inkişafı və Buraxılış vaxtının ölçülməsi (TRS) üzrə ilkin plan”, “Mərkəzi Asiya və Qafqaz regionunda Risklərin İdarəedilməsi üzrə master təlimçi proqramı və Buraxılış vaxtının ölçülməsinə (TRS) dair proqram üzrə gözləntilər” mövzuları çərçivəsində təqdimatlar nümayiş etdirilib.

Görüşün sonunda mövzularla bağlı müzakirələr aparılıb, iştirakçıların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Aprel 2024 14:32
195