MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
Aprelin 26-da Özbəkistan Respublikasının Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 78-ci iclası keçirilib.
İclasda ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclas zamanı MDB iştirakçı dövlətlərin gömrük xidmətləri üçün tranzit portalının yaradılmasına dair Protokol, ekspertiza və tədqiqat sahəsində əməkdaşlıq haqqında Saziş, malların tranzit daşınmasının sadələşdirilməsinə dair Anlaşma Memorandumu layihələri və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının sədri seçilib.
Növbəti 79-cu iclasın 2024-cü ilin 2-ci yarısında Rusiya Federasiyasının Vladivostok şəhərində keçirilməsi qərara alınıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi