Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Konteynerlərin təhlükəsizliyi və qaçaqmalçılığın aşkarlanması” mövzusunda təlim keçirilib

Konteynerlərin təhlükəsizliyi və qaçaqmalçılığın aşkarlanması” mövzusunda təlim keçirilib

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Konteynerlərin təhlükəsizliyi və qaçaqmalçılığın aşkarlanması” mövzusunda təlim keçirilib.

Təlim gömrük əməkdaşlarının bilik və bacarıqlarının, təcrübələrinin artırılması məqsədilə təşkil olunub.

Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə reallaşan təlimdə “Konteynerlər, onların tipləri, növləri, təsnifatları, identifikasiyası, strukturu təhlükəli olan yüklər” və “Konteynerlərdə gizlətmə üsulları, möhürləmə, qurğusuna və konteynerlərə icazəsiz müdaxilə və plomblarla manipulyasiya” mövzularında müzakirələr aparılıb.

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin xidməti itlərinin tətbiqi ilə təşkil edilən təlim nəzəri və virtual formatda reallaşıb.

Daha sonra Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin karqo və yük konteyner təlim mərkəzində gizli saxlanc yerləri ilə modifikasiya olunmuş konteynerlərdə praktik məsələlər təhlil edilib.

Yekunda gömrükçüləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, onların təlim zamanı qazandıqları biliklər qiymətləndirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Aprel 2024 10:48
195