Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

QHT nümayəndələri sərhədkeçmə prosesləri ilə əyani şəkildə tanış olublar

QHT nümayəndələri sərhədkeçmə prosesləri ilə əyani şəkildə tanış olublar

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvlərinin, ölkəmizdə fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postuna səfəri təşkil edilib.

Səfərin məqsədi gömrük inzibatçılığının təkmilləşdirilməsi, rəsmiləşdirmə və sərhədkeçmə proseslərində tətbiq edilən yeniliklər barədə QHT-lərin məlumatlılığının artırılması, gömrük  sistemində ictimai nəzarətin genişləndirilməsidir.

QHT nümayəndələrinə gömrük sistemində tətbiq edilən yeniliklər və layihələr, onların sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması, vaxt və vəsaitə qənaət edilməsi baxımından yaratdığı imkanlar barədə xüsusi təqdimat əsasında məlumat verilib.

Daha sonra QHT nümayəndələri gömrük postunda sərnişin, idxal və ixrac nəzarət xəttində proseslərin təşkili, sərhədkeçmə vaxtının ölçülməsi layihəsinin iş prinsipi, Ticarətin Asanlaşdırılması Mərkəzinin fəaliyyəti ilə əyani şəkildə tanış olublar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

30 Aprel 2024 11:41
195