Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında ixtisasartırma təlimlərinin qiymətləndirmə mərhələsi olub

Gömrük Akademiyasında ixtisasartırma təlimlərinin qiymətləndirmə mərhələsi olub

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi və ərazi baş gömrük idarələrinin analoji qurumlarının əməkdaşları üçün keçirilən ixtisasartırma təlimlərinin qiymətləndirmə mərhələsi olub.

Qiymətləndirmə mərhələsindən öncə Akademiyanın rəisi Qulu Novruzov, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin rəisi Hikmət Bəhrəmov, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi rəisinin müavini Vüqar Abdullayev dinləyicilərlə görüşüblər.

Akademiyanın rəisi Qulu Novruzov təlimləri başa vuran dinləyiciləri salamlayaraq bildirib ki, müvafiq idarələrin əməkdaşları üçün təlimlər gömrük xidmətində çalışan əməkdaşların peşə və ixtisas biliklərini artırmaq, eləcə də onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə təşkil olunur. Son illərdə gömrük xidmətində aparılan islahatlara diqqət çəkən Qulu Novruzov bütövlükdə bu islahatların ölkədə aparılan köklü islahatların tərkib hissəsi olduğunu deyib. Gömrük xidməti əməkdaşlarının peşəkar səviyyəsinin artırılmasının da gömrük sistemində aparılan islahatların tərkib hissəsi olduğunu vurğulayıb.

Texnologiyanın inkişafı ilə yeni biliklərə, fərqli bacarıq və səriştələrə ehtiyac yarandığını qeyd edən Akademiya rəisi gömrük xidməti əməkdaşlarının daha bilikli, daha peşəkar olmalarının vacibliyini deyib.

Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin rəisi Hikmət Bəhrəmov Akademiyanın rəhbərliyinə və professor-müəllim heyətinə təlimlərin təşkilinə görə təşəkkür edib. Təlimlərin əməkdaşların peşə bilik və bacarıqlarının artırılmasına kömək etdiyini deyib.

Sonra qiymətləndirmə mərhələsi keçirilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi və ərazi baş gömrük idarələrinin analoji qurumlarının əməkdaşlarının ikinci qrupu üçün keçirilmiş ixtisasartırma təlimləri noyabrın 6-dan dekabrın 4-dək davam edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Dekabr 2019 00:00
195