Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Təməl həyata dəstək təlimi keçirilib

Təməl həyata dəstək təlimi keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidməti tərəfindən Naxçıvan Baş Gömrük İdarəsinin tabeliyində olan gömrük-sərhəd keçid məntəqələrində epidemioloji vəziyyət qiymətləndirilib, orada fəaliyyət göstərən gömrük əməkdaşlarına müvafiq metodik və praktik tövsiyələr verilib.

Həmçinin sərhəddən keçən vətəndaşlara zərurət yarandıqda həkiməqədər ilk yardımın göstərilməsi bacarıqlarının öyrədilməsi məqsədi ilə gömrük əməkdaşlarına təməl həyata dəstək təlimi də (Basic Life Support) keçirilib.

3 gün davam edən təlimlərdə 145 gömrük əməkdaşı iştirak edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

30 Aprel 2024 15:26
195