Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Sağlam həyat naminə narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

“Sağlam həyat naminə narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində (NDU) “Sağlam həyat naminə narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən NDU-nun ümumi işlər üzrə prorektoru Xəyal Camalov narkotik vasitələrin qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı mübarizədə belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları narkomaniyanın yaratdığı təhlükələr, bu sahədə dövlət tərəfindən həyata keçirilən mübarizə tədbirləri, narkotik vasitələrin əks təsirləri mövzularında təqdimatlarla çıxış ediblər.

Qeyd olunub ki, genefond üçün mühüm təhlükə olan narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir fərdi fəal rol oynamalıdır.

Tədbirin sonunda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, “Sağlam həyat naminə narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici tədbirlərin növbəti həftələrdə ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 May 2024 10:43
195