Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib
Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib
Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib.
Görüş gömrük-biznes dialoqunun daha da genişləndirilməsi, gömrük sistemində həyata keçirilən yeniliklər, gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülən işlərlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması məqsədilə təşkil olunub.
Tədbirdə gömrük bəyannamələrinin doldurulması qaydalarında tətbiq edilən dəyişikliklər, gömrük dəyərinin düzgün müəyyən olunması, o cümlədən gömrük qanunvericiliyi sahəsində yeni qəbul edilən normativ-hüquqi aktlarla bağlı məlumat verilib, xarici ticarət iştirakçılarının və gömrük təmsilçilərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi