Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu

Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikada bir gündə 650 min ağacın əkilməsi kampaniyasına Dövlət Gömrük Komitəsinin Akademiyası da qoşulub.

"Təbiətə öz töhfəni ver" devizi altında keçirilən bu genişmiqyaslı kampaniyada Akademiyanın əməkdaşları böyük həvəslə iştirak ediblər. Çox sayda şam və küknar ağaclarının əkilməsi ilə yekunlaşan ağacəkmə aksiyası Akademiyanın həyətində və ətrafındakı ərazilərdə həyata keçirilib.

6 Dekabr 2019 00:00
195