Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlar yayımlanıb.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi diqqətə çatdırır ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən enerji içkiləri və digər məhsulların qaçaqmalçılıq faktı aşkarlanıb, faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

Qeyd edilən məsələ ilə bağlı yayımlanan xəbərlərdə Dövlət Gömrük Komitəsinin məlumatlarına istinad etmək tövsiyə olunur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 May 2024 13:20
195