Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK Tibbi Xidmət İdarəsi və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

DGK Tibbi Xidmət İdarəsi və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində mayın 3-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Memorandumu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev imzalayıblar.   

Tədbirdə memorandumun Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa böyük bir töhfə olduğu, tibb fakültəsinin inkişafı üçün mühüm imkanlar yaratdığı vurğulanıb.  

Qeyd edək ki, memoranduma əsasən Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin tələbələrinin Mərkəzi Gömrük Hospitalında praktik dərslərdə iştirakı, rezidentlərin rotasiyası, həmçinin, birgə elmi praktik konfransların, seminarların keçirilməsi, elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur. 

3 May 2024 18:47
195