Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Şərqi Zəngəzur Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Görüş gömrük sistemində tətbiq edilən yeniliklər barədə sahibkarların məlumatlandırılması, gömrük işinin daha da səmərəli şəkildə qurulması üçün onların təklif və rəylərinin öyrənilməsi, gömrük-biznes dialoqunun genişləndirilməsi məqsədilə təşkil edilib.

Qarşılıqlı diskusssiya şəraitində keçən görüşdə sahibkarlara gömrük xidmətinin strateji hədəfləri, gömrük əməliyyatlarının asan və sürətli şəkildə reallaşdırılması, vətəndaş-məmur təmasının minimuma endirilməsi, könüllü riayət prinsipinin formalaşdırılması, işğaldan azad edilən ərazilərdəki fəaliyyət sahələrinə dövlət tərəfindən tətbiq edilən gömrük güzəştləri barədə məlumat verilib.

Görüşdə sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 May 2024 12:18
195