Naxçıvanda “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda konfrans keçirilib
Naxçıvanda “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda konfrans keçirilib
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdən öncə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin sərgi salonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan sərgiyə baxış keçirilib.
Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, , tibb xidməti general-mayoru Ceyhun Məmmədov konfransın açılışında çıxış edərək muxtar respublikada ali təhsilin formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətlərini diqqətə çatdırıb, konfransın əhəmiyyətindən bəhs ediblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri Zəhra Vəzirovanın moderatorluğu ilə keçirilən konfransda mütəxəssislər tərəfindən “Beyin ölümü diaqnozunun klinik əhəmiyyəti”, “Beyin ölümünün diaqnostikası və təsdiq metodları”, “Beyin ölümü diaqnozunun təyinində instrumental diaqnostik müayinələrin yeri”, “Beyin ölümüdən sonra donor namizədlərin reanimasiya şöbəsində menecmenti” mövzularında təqdimatlar nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi