Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Naxçıvan sağlamlıq günləri” çərçivəsində tibbi-sosial xeyriyyə aksiyası keçirilib

“Naxçıvan sağlamlıq günləri” çərçivəsində tibbi-sosial xeyriyyə aksiyası keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı və Naxçıvan MR Səhiyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib. 

Aksiya iştirakçıları əvvəl Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad ediblər. Daha sonra isə Heydər Əliyev Muzeyi ziyarət olunub.

Naxçıvan Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev, Naxçıvan MR Səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və digər rəsmi qonaqlar iştirak ediblər.

Aksiya çərçivəsində Mərkəzi Hospitalının və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun həkimləri 300-ə yaxın şəhid və qazi ailəsinin üzvlərinə tibbi xidmət göstəriblər.

6 May 2024 11:01
195