Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş Astara Gömrük İdarəsində təşkil olunub

Xarici ticarət iştirakçıları ilə növbəti görüş Astara Gömrük İdarəsində təşkil olunub

Astara Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Görüş son dövrlərdə gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələrlə bağlı sahibkarların məlumatlandırılması, tətbiq edilən yeniliklərin, layihələrin biznes prosesin səmərəliliyinin artırılmasındakı rolu barədə  biznes nümayəndələrinin rəylərinin öyrənilməsi məqsədilə təşkil edilib.

İlk öncə gömrük əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə “Heydər Əliyev və onun sahibkarlığın inkişafında rolu” mövzusunda təqdimat nümayiş etdirilib.

Həmçinin görüşdə biznes subyektləri sərhədkeçmə, rəsmiləşdirilmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı məlumatlandırılıb, onların təklif və rəyləri dinlənilib, sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 May 2024 11:25
195