Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrükçülər Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Gömrükçülər Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Gəncə Gömrük İdarəsinin şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət edib. 

Gömrük əməkdaşları Mərkəzlə tanış olub, onlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verilib. Daha sonra gömrükçülər Heydər Əliyev Mərkəzi daxilində təşkil olunmuş “Mədəniyyət vasitəsilə yaşıl həyata çağırış” layihəsi ilə tanış olublar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 May 2024 18:03
195