Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbirlər keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbirlər keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə gömrük orqanlarında tədbirlər keçirilib.

Naxçıvan Baş Gömrük İdarəsinin kollektivi Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Heydər Əliyev muzeyi ziyarət edilib. Gömrük əməkdaşları Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallarla tanış olublar.

Daha sonra muzeyin zalında dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində isə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən şəxslər dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, iftixar mənbəyimiz olan Heydər Əliyevin əziz xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulduğunu və minnətdarlıqla anıldığını bildiriblər. Vurğulanıb ki, Ulu Öndərin zəngin və çoxsahəli irsi xalqımızın milli sərvətidir, bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Sumqayıt Gömrük İdarəsinin şəxsi heyəti isə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Gömrük əməkdaşları Heydər Əliyev Mərkəzinin nəzdində yaradılan, Ulu Öndərin zəngin dövlətçilik irsinə dair eksponat və fotostendlərdən ibarət olan muzeylə tanış olublar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 May 2024 19:43
195