Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbirlər keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbirlər keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin bir qrup əməkdaşı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində dahi rəhbərin adını daşıyan muzeyi ziyarət ediblər. Gömrük əməkdaşları  Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətininin müxtəlif dövrlərini əks etdirən sənədlər, eksponatlarla tanış olublar.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və Sumqayıt Gömrük İdarəsinin əməkdaşları isə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Heydər zirvəsi”nə yürüşdə iştirak ediblər. Gömrük əməkdaşları yürüşə Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə qatılıblar.

“Azərterminalkompleks” Birliyində isə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün “Açıq qapı” günü keçirilib. Tələbələr Birliyin nəzdindəki Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyəti ilə tanış olublar.

Astara Gömrük İdarəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib. Tədbir çərçivəsində idarənin əməkdaşları arasında “Heydər Əliyev və Azərbaycan gömrüyü” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.

Daha bir tədbir Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda təşkil edilib. Mərasimdə Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən, şərəfli ömür yolundan və dərin dövlətçilik təcrübəsindən bəhs olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

10 May 2024 19:50
195