Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Futzal idman növü üzrə gömrük orqanları arasında keçirilən ənənəvi çempionata yekun vurulub

Futzal idman növü üzrə gömrük orqanları arasında keçirilən ənənəvi çempionata yekun vurulub

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və gömrük xidmətinin yaradılmasının 32-ci ildönümünə həsr olunan futzal idman növü üzrə gömrük orqanları arasında keçirilən ənənəvi çempionata yekun vurulub.

Azərbaycan Texniki Universitetinin idman zalında çempionatın yarımfinal və final qarşılaşmaları keçirilib.

3-cü yer uğrunda Astara Gömrük İdarəsi və “Azərterminalkompleks” Birliyinin komandaları mübarizə aparıblar. Astara Gömrük İdarəsinin komandası oyunda qalib gələrək 3-cü yerə layiq görülüb.

Final oyunu isə Dövlət Gömrük Komitəsi aparatının və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin komandaları arasında keçirilib. Heç-heçə bitən oyunun taleyi penalti seriyasında həll edilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin komandası daha inamlı mübarizə apararaq çempionatın qalibi olub.

Daha  sonra mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətindən, bu istiqamətdə əldə olunan nailiyyətlərdən danışıb və bu uğurların Ümummilli Lider Heydər Əliyevin ideyaları, Dahi Rəhbərin gənc nəslin sağlam böyüməsi məqsədilə həyata keçirdiyi tədbirlər, idmana göstərdiyi qayğı və dəstək əsasında reallaşdığını vurğulayıb.

Daha sonra qaliblərə mükafatlar təqdim edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

10 May 2024 21:15
195