Radiasiya təhlükəsizliyi ilə bağlı təlimlər keçirilib
Radiasiya təhlükəsizliyi ilə bağlı təlimlər keçirilib
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ionlaşdırıcı şüa mənbələri ilə işləyən gömrük əməkdaşlarının radiasiya təhlükəsizliyi sahəsində peşə biliklərinin artırılması məqsədilə təlimlər keçirilib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən keçirilən təlimin nəzəri hissəsində iştirakçılara ionlaşdırıcı şüalanma, onun növləri, şüalanma dozaları, radiasiya təhlükəsizliyinin əsas prinsipləri və digər mövzular üzrə təqdimatlar nümayiş etdirilib, gömrük əməkdaşlarını maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda isə radioaktiv maddələrin aşkarlanması üzrə praktiki məşğələlər keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi