Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib

Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanlarına xidmətə qəbul ilə bağlı növbəti müsabiqə elan edilib.

Müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən vətəndaşların qeydiyyatı 2024-cü il may ayının 15-dən 30-dək  aparılacaq.Test imtahanı 2024-cü il 9 iyun tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar https://exidmet.dim.gov.az/elimt/gomruk internet ünvanına daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

Əlavə olaraq bildiririk ki, Komitə tərəfindən gömrük orqanlarına xidmətə qəbul ilə bağlı elan edilmiş əvvəlki müsabiqənin test imtahanı mərhələsində istifadə olunan ədəbiyyat siyahısındakı mənbələrin sayı azaldılıb. Test imtahanında istifadə edilməsi nəzərdə tutulan ədəbiyyat siyahısı, məntiqi təfəkkürün yoxlanılması üzrə test imtahanı proqramı və dünyagörüşü səviyyəsinin yoxlanılması üzrə proqramla https://customs.gov.az/uploads/pdfcontent/liblist.pdf internet ünvanından tanış olmaq olar.

15 May 2024 13:02
195