Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Külli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb (FOTO, VİDEO)

Külli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb (FOTO, VİDEO)

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkəmizin gömrük ərazisinə qanunsuz yolla külli miqdarda pirotexniki vasitənin gətirilməsi barədə məlumat daxil olub.

Külli miqdarda pirotexniki vasitənin Azərbaycan vətəndaşı İlqar Məmmədov tərəfindən əldə edilməsi, Bakı şəhərinin Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən "Yeni Ev" MTK yaşayış kompleksinə aid yeraltı avtomobil dayanacağında saxlanılması və daşınması bildirilib.

Bu məlumat əsasında əməliyyat qrupu yaradılıb və sözügedən ünvandakı yeraltı avtomobil dayanacağına baxış keçirilib. Baxış zamanı, dayanacaqda "Toyota Land Cruiser" markalı, 90-LS-860 nömrə nişanlı minik avtomobilinin durduğu və İlqar Məmmədovun 1 ədəd bağlamada olan pirotexniki məmulatı həmin nəqliyyat vasitəsinə yüklədiyi müəyyən edilib.

Daha sonra avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin arxa yük yerində olan 1 ədəd bağlamada 144 ədəd "8 Shots color shots" markalı pirotexniki vasitə aşkar edilib.

Dayanacaqda olan qutularda isə ümumilikdə 114 min 789 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

13 Dekabr 2019 00:00
195