Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
İsmayıllı və Qəbələ rayonlarında fəaliyyət göstərən xarici ticarət iştirakçıları ilə görüş keçirilib. Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə Qəbələ Peşə Təlimi Mərkəzində keçirilən görüşdə biznes nümayəndələri gömrük sistemində reallaşdırılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər barədə məlumatlandırılıb, onların təklif və rəyləri öyrənilib.
Bildirilib ki, gömrük sistemində aparılan təkmilləşdirilmələrin məqsədi xarici ticarət əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, sahibkar məmnuniyyətinin təmin olunması, biznes nümayəndələrinin vaxt və vəsait itkisinin qarşısının alınmasıdır.
Tədbirdə sahibkarlara Dövlət Gömrük Komitəsinin Məcburi qərarlar, Səlahiyyətli İqtisadi Operator, Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS), Yaşıl Dəhliz və digər layihələri barədə məlumat verilib, onların təklif və rəyləri dinlənilib.
Daha sonra Balakən Gömrük İdarəsinin əməkdaşları Savalan şərab və Qəbələ konserv zavodlarında olub, istehsal prosesini izləyib, sahibkarları maraqlandıran sualları ətraflı cavablandırıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi