Könüllü qanvermə aksiyası keçirilib
Könüllü qanvermə aksiyası keçirilib
Dekabrın 13-də Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində könüllü qanvermə aksiyası keçirilib.
Dövlət Gömrük Komitəsi və Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada Dövlət Gömrük Komitəsinin Akademiyasının və "Azərterminalkompleks" Birliyinin əməkdaşları iştirak ediblər.
Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.
Qeyd edək ki, götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə istifadə olunacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi