Belarus Gömrük xidmətinin rəhbəri ölkəmizdə səfərdə olub
Belarus Gömrük xidmətinin rəhbəri ölkəmizdə səfərdə olub
Ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilən yeni layihələrlə tanış olub.
Bakı Baş Gömrük İdarəsinə gələn qonağa gömrük rəsmiləşdirilməsi prosesinin təşkilində tətbiq edilən layihələr, reallaşdırılan elektron həllər barədə məlumat verilib.
Daha sonra Dövlət Gömrük Komitəsinin inzibati binasında Transxəzər Tranzit Gömrük Portalı barədə təqdimat nümayiş etdirilərək layihənin məqsədi, iş prinsipi barədə ətraflı məlumat verilib.
Eyni zamanda qonaq Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi elektron xidmətlər, süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS), ÖZÜNET və digər layihələr barədə məlumatlandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi