Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xaçmaz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Görüş gömrük sistemində tətbiq edilən son yeniliklər barədə xarici ticarət iştirakçılarının məlumatlandırılması, gömrük-biznes münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsi, sahibkarların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunub.

Görüşdə idxal-ixrac əməliyyatlarının asan və sürətli qaydada həyata keçirilməsi, xarici ticarət əməliyyatları zamanı gömrük sahəsində qarşıya çıxan məsələlərlə bağlı müzakirələr aparılıb.

Həmçinin sahibkarlara Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS), onun biznes prosesin səmərəli şəkildə təşkil olunmasındakı rolu və faydaları barədə məlumat verilib.

Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 May 2024 17:41
195