Balakən və Tovuz Gömrük İdarələrində xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Balakən və Tovuz Gömrük İdarələrində xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Görüş gömrük-biznes münasibətlərinin gücləndirilməsi, gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı özəl sektorun nümayəndələrinin məlumatlandırılması, təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunub.
Tovuz Gömrük İdarəsində keçirilən tədbirdə əvvəlki görüşlərdə biznes nümayəndələri tərəfindən qaldırılan məsələlərin icrası ilə bağlı görülən işlərdən bəhs edilib, tətbiq edilən yeniliklərlə bağlı məlumat verilib.
Eyni zamanda gömrük əməkdaşları tərəfindən əqli mülkiyyət hüquqlarının qorunması mövzusunda təqdimat nümayiş etdirilib.
Balakən Gömrük İdarəsinin əməkdaşları isə Şəkidə fəaliyyət göstərən sahibkarlarla görüş keçiriblər. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gömrük orqanları tərəfindən tətbiq edilən Məcburi qərarlar, Səlahiyyətli İqtisadi Operator, Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS), Yaşıl Dəhliz və digər layihələr barədə məlumat verilib, onların təklif və rəyləri dinlənilib.
Daha sonra Balakən Gömrük İdarəsinin əməkdaşları “Rattan” MMC-nin fabrikində və “Şəki Şərab” MMC-də olub, istehsal prosesini izləyiblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi