Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Belarus Gömrük xidmətinin rəhbəri Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə tanış olub

Belarus Gömrük xidmətinin rəhbəri Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə tanış olub

Ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə tanış olub. Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədovla birlikdə Hospitala gələn qonağa tibb ocağının fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, 2008-ci ildən fəaliyyətə başlayan, yüksəkixtisaslı tibbi personala malik olan Hospitalda ən müasir texnologiyalar tətbiq edilir, mürəkkəb cərrahi əməliyyatlar icra olunur. Hospitalda gömrük əməkdaşlarına, onların ailə üzvlərinə, əhaliyə, eləcə də bir sıra beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinə tibbi xidmətlər göstərilir.

Daha sonra Belarus Gömrük xidmətinin rəhbəri Mərkəzi Gömrük Hospitalının MRT, Laboratoriya, PZR laboratoriyasının imkanları ilə tanış olub,əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-praktiki konfransların keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Belarus Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinə Mərkəzi Gömrük Hospitalının fəaliyyətinin 15 illiyinə həsr olunmuş kataloq təqdim edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 May 2024 18:12
195