Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Beynəlxalq Muzeylər Günü qeyd olunub

Beynəlxalq Muzeylər Günü qeyd olunub

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Xətai rayonunda yerləşən 264 nömrəli məktəb-liseyin və Maştağa qəsəbəsindəki 128 nömrəli tam orta məktəbin şagirdləri “Azərterminalkompleks” Birliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Xatirə Muzeyini və “Dövlət Gömrük Komitəsinin Tarixi Muzeyi”ni ziyarət ediblər.

Heydər Əliyev Xatirə Muzeyində şagirdlərə Ümummilli Liderin həyat və fəaliyyəti barədə məlumat verilib. Bildirillib ki, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlətçilik ənənələri bərpa edildi,  ölkəmizin davamlı iqtisadi inkişaf strategiyasının əsası qoyuldu.

O da qeyd olunub ki, digər dövlət təsisatları kimi gömrük orqanlarının formalaşması və inkişafı, ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin edilməsi sahəsində strateji quruma çevrilməsi məhz Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərinin nəticəsidir.

Daha sonra “Dövlət Gömrük Komitəsinin Tarixi Muzeyi”ndə şagirdlərə gömrük xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verilərək bildirilib ki, gömrük orqanları iqtisadi təhlükəsizliyin təmin olunması ilə yanaşı, mədəni irsin qorunmasında da mühüm rol oynayır.

Şagirdlər muzeydə Azərbaycan gömrüyünün zəngin tarixini əks etdirən sənədli materiallarla tanış olub, onlara muzeydə müxtəlif dövrlərdə gömrük orqanları tərəfindən aşkar edilərək sərgilənən bədii, elmi, tarixi dəyərlərə malik sənət nümunələri barədə məlumat verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 May 2024 13:23
195