DGK sədri Naxçıvan Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olub
DGK sədri Naxçıvan Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olub
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olub.
Öncə Naxçıvan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Sonra Komitə sədri “Sədərək”, “Culfa” və “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqələrində, eləcə də Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində mövcud vəziyyətlə tanış olub.
Sərhədkeçmə və rəsmiləşdirmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması, nəqliyyat və yük axınlarının idarəedilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi