Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Effektiv kommunikasiya ilə bağlı təlimlər keçirilir

Effektiv kommunikasiya ilə bağlı təlimlər keçirilir

Mayın 23-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində gömrük əməkdaşları üçün “Effektiv kommunikasiya, bədən dili, etiket və davranış qaydaları, natiqlik sənəti” mövzusunda təlimlər başlayıb.

Gömrük əməkdaşlarının potensialının, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlərdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları iştirak edir.

Təlimlərin birinci günündə Dövlət Gömrük Komitəsinin sədrinin müşaviri Şamo Mürşüdov “Effektiv kommunikasiya və təqdimat bacarıqları” mövzusunda təqdimatla çıxış edib. İştirakçılara effektiv ünsiyyət üçün tələb olunan alətlər barədə məlumat verilib, praktiki məşğələlər keçirilib.

Həmçinin kommunikasiya, etiket qaydaları, özünə əminliyin artırılması, ünsiyyət məsafəsi, natiqlik sənəti mövzularında da məlumatlar verilib.

İnteraktiv keçən təlim prosesində gömrük əməkdaşlarını maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 May 2024 19:07
195