Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Beynəlxalq Təchizat Zənciri və Smart Logistika sərgisi keçirilib

Beynəlxalq Təchizat Zənciri və Smart Logistika sərgisi keçirilib

Mayın 22-24 tarixlərində Çin Xalq Respublikasının Çendu şəhərində “6-cı Çin Beynəlxalq Təchizat Zənciri və Smart Logistika” sərgisi keçirilib.

Dövlət Gömrük Komitəsinin əməkdaşlarının da iştirak etdiyi sərgidə DGK-nın təşəbbüsü ilə hazırlanan “Transxəzər Gömrük Ticarət Portalı” layihəsi nümayiş etdirilib. Sərgi iştirakçılarına layihənin məqsədi, Orta Dəhliz boyu yüklərin kağızsız texnologiyalar əsasında, məlumatların elektron qaydada mübadiləsi yolu ilə asan və sürətli şəkildə daşınmasına faydaları barədə məlumat verilib.

Həmçinin Azərbaycan gömrük xidməti tərəfindən son dövrlərdə hazırlanaraq tətbiqinə başlanan Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS), Səlahiyyətli İqtisadi Operator (SİO) və digər layihələrin Orta Dəhliz boyu rəqəmsal həllərin tətbiqinə, logistika imkanlarının genişləndirilməsinə şərait yaratdığı vurğulanıb. 

Tədbir çərçivəsində həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Çinin “Northstar Sinogold Exhibition Chengdu Co Ltd” şirkətinin birgə təşkilatçılığı ilə Transxəzər marşrutuna həsr olunmuş konfrans keçirilib. Konfransda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birgə inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 May 2024 14:07
195