Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib. Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin əməkdaşları, biznes nümayəndələri iştirak ediblər.

Tədbir daxildə emal xüsusi gömrük  proseduru altında yerləşdirilən mallarla bağlı qarşıya çıxan məsələlərin birgə müzakirəsi və operativ həll edilməsi məqsədilə təşkil edilib.

Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov bildirib ki, biznes nümayəndələrinin məmnuniyyətinin təmin edilməsi gömrük orqanlarının əsas hədəflərindən biridir. Bu baxımdan gömrük işinin bütün sahələrində reallaşdırılan yeniliklərlə bağlı biznes nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır, onların təklif və rəyləri öyrənilir.

Daha sonra Mərkəzi Gömrük Ekspertizası İdarəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları tərəfindən “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları, problemlər və həlli yolları”, “İnvestisiya təşviq mexanizmi” mövzularında təqdimatlar nümayiş etdirilib. Qanunvericilik, daxildə emal xüsusi gömrük proseduru üzrə uçot əməliyyatları, tələb olunan sənədlər, hasilat norması,  investisiya təşviqi sənədi haqqında geniş məlumat verilib və fikir mübadiləsi aparılıb.

Görüşün sonunda sahibkarların təklif və rəyləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 May 2024 10:24
195