Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gəncə Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət ediblər

Gəncə Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət ediblər

Gəncə Gömrük İdarəsinin əməkdaşları 28 May - Müstəqillik Günü münasibətilə Gəncə şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət ediblər.

Gömrük əməkdaşlarına muzeydə nümayiş etdirilən Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid eksponatlar barədə məlumat verilib.

Bildirilib ki, həmin dövrdə dövlət strukturlarının formalaşması məhz Gəncə şəhərinin adı ilə bağlıdır və Cümhuriyyətin Gəncə dövrü bir sıra mühüm hadisələrlə zəngindir.

Tədbir zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Gənc Alimlər və Mütəxəssislər Şurası tərəfindən Gəncə Gömrük İdarəsinə Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrünə həsr olunmuş xatirə kitabları hədiyyə edilib.

27 May 2024 14:42
195