Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Moldova Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib

Moldova Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib

Mayın 27-də Dövlət Gömrük Komitəsində Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüş keçirilib.

Görüşdə Azərbaycanla Moldova arasında əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib, iki ölkənin gömrük orqanlarının səmərəli, işgüzar əlaqələrinin iqtisadi münasibətlərin daha da genişləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Eyni zamanda gömrük işinin təşkili sahəsində məlumat və təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 May 2024 16:31
195