Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Astara Gömrük İdarəsində 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 28 May - Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs edilərək 106 il öncə qurulan cümhuriyyətin çoxəsrlik dövlətçilik ənənələrimizin davamı olduğu vurğulanıb.

Sonda 28 May - Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

27 May 2024 17:24
195