Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edilib

Gömrük Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 106 il əvvəl mürəkkəb geosiyasi şəraitdə qurulan Azərbaycan Xalq Cumhuriyyətinin Şərqdə ilk demokratik respublika olmaqla yanaşı, dövlətçilik ənənəmizin bərpası baxımından da tarixdə mühüm yer tutduğunu vurğulayıb.

O da qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev və onun ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Xalq Cumhuriyyətinin demokratik ənənələri bərpa edildi.

Sonda 28 May - Müstəqillik Gününə həsr edilmiş videoçarx və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

27 May 2024 18:31
195