1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib
Astara və Gəncə gömrük idarələrində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Astara rayonunun ucqar dağ kəndləri Sım, Ağ Körpü, Pəlikəş yaşayış məntəqələrində uşaqlarla görüşən gömrük əməkdaşları onlara oyuncaqlar hədiyyə ediblər.
Eyni zamanda rayonun müxtəlif kəndlərində yaşayan şəhid və qazi ailələrinin uşaqları da ziyarət olunub, onlara hədiyyələr təqdim edilib.
Əlamətdar gün münasibətilə Astara Gömrük İdrəsinin “Lənkəran” və “Astara” gömrük postlarında gömrük əməkdaşlarının övladları üçün açıq qapı günü keçirilib. Valideynlərinin iş şəraiti ilə tanış olan uşaqlara gömrük xidmətinin fəaliyyəti ilə bağlı ümumi məlumatlar verilib.
Gəncə Gömrük İdarəsinin əməkdaşları da 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə şəhərində yerləşən uşaq evini ziyarət ediblər.
Gömrükçülərə uşaqların təlim-tərbiyə prosesi, asudə vaxtlarının təşkili barədə məlumat verilib. Bildirilib ki, valideyn himayəsindən məhrum olan uşaqlar dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Onların fiziki və mənəvi cəhətdən sağlam, savadlı və vətənpərvər ruhda böyüdülməsi üçün burada lazımi şərait yaradılıb.
Tədbir çərçivəsində gömrük əməkdaşları uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.
Sonda uşaqların ifasında musiqi nömrələri, səhnəciklər nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi