Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib

BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 31-də Dövlət Gömrük Komitəsində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (BMTNCİ) ölkəmizdə rəsmi səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə BMTNCİ-nin inteqrasiya olunmuş sərhəd idarəçiliyi ilə bağlı mövcud və potensial əməkdaşlıq sahələri müzakirə edilib, həmçinin inkişaf etməkdə olan ticarət və tranzit marşrutlarında, o cümlədən Orta Dəhlizdə mümkün qeyri-qanuni ticarətin və transmilli cinayətkarlığın qarşısının alınması, BMTNCİ-nin və ÜGT-nin layihəsi olan “Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı” çərçivəsində birgə fəaliyyətə dair fikir mübadiləsi aparılıb, eləcə də Dövlət Gömrük Komitəsinin cari ildən tətbiqinə başladığı süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) barədə nümayəndə heyətinə ətraflı məlumat verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

31 May 2024 17:27
195