Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları “Ümid yeri” uşaq sığınacağını ziyarət ediblər

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları “Ümid yeri” uşaq sığınacağını ziyarət ediblər

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Baş Gömrük İdarəsinin əməkdaşları “Ümid yeri” uşaq sığınacağını ziyarət ediblər.

Sığınacağın sakinləri ilə birlikdə vaxt keçirən gömrük əməkdaşları onlara müxtəlif hədiyyələr təqdim ediblər.

Həmçinin sığınacaqda əlamətdar gün münasibətilə bayram şənliyi təşkil olunub. Uşaqların ifasında musiqi nömrələri və səhnəciklər nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 İyun 2024 17:16
195