Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mobil telefonları gizlədərək keçirmək istədi

Mobil telefonları gizlədərək keçirmək istədi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən gizlətməklə və bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən saxlanılıb. Yoxlama zamanı sərnişindən gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən,hər biri şəffaf sellofana bükülü 7 ədəd "İphone 11 Pro" və 2 ədəd "İphone XS" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Dekabr 2019 00:00
195