Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt, Balakən və Biləsuvar gömrük idarələri tərəfindən tədbirlər keçirilib.

Sumqayıt Gömrük İdarəsinin əməkdaşları Uşaqların Beynəlxalq Müdafiəsi Gününü sağlamlıq imkanları məhdud olan uşaqlarla keçirib, onlara müxtəlif hədiyyələr veriblər.

Balakən Gömrük İdarəsinin əməkdaşları Şəki şəhərində yerləşən uşaq evinin sakinlərini ziyarət edib. Tədbir zamanı valideyn himayəsindən məhrum olan uşaqlar üçün əyləncəli bayram şənliyi keçirilib, onlara hədiyyələr təqdim olunub.

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları isə bir qrup şəhid və qazi ailələrinin uşaqları üçün tədbir təşkil ediblər. Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli bayram şənliyi təşkil olunub, onlara oyuncaqlar hədiyyə edilib.

1 İyun 2024 17:08
195