“Nəqliyyat, tranzit və logistika” sərgisində DGK-nın yeni layihələri nümayiş etdirilib
“Nəqliyyat, tranzit və logistika” sərgisində DGK-nın yeni layihələri nümayiş etdirilib
Bakı Ekspo Mərkəzində keçirilən 21-ci Xəzər Beynəlxalq “Nəqliyyat, tranzit və logistika” sərgisində Dövlət Gömrük Komitəsinin son dövrlərdə istifadəyə verilən logistikanın və nəqliyyatın inkişafı üçün əlavə dəstək mexanizmləri yaradan layihələri nümayiş etdirilib.
Tədbir çərçivəsində "Sürətli və təhlükəsiz logistikada rəqəmsal gömrük dəstək mexanizmləri" mövzusunda panel müzakirələr təşkil olunub.
Dövlət Gömrük Komitəsinin idarə rəisi Cəfər Quluzadənin moderatorluğu ilə keçirilən panel müzakirələrdə DGK əməkdaşları - Günəş Hacıyeva, Ləman Xəlilova, Fidan Gülmalıyeva Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS), Transxəzər Gömrük Tranzit Portalı, “ÖZÜNET” layihələri barədə təqdimatlarla çıxış edib, gömrük rəsmiləşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının asanlaşdırılması ilə bağlı bu layihələrin faydalarından bəhs ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 21-ci Xəzər Beynəlxalq “Nəqliyyat, tranzit və logistika” sərgisi üç gün davam edəcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi