Yük nəqliyyat vasitəsində qanunsuz mallar aşkar edildi
Yük nəqliyyat vasitəsində qanunsuz mallar aşkar edildi
Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq təsərrüfat malları yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi “Culfa” gömrük postunda “X-RAY” rentgen qurğusunda yoxlanılıb.
Yoxlama zamanı yol-nəqliyyat sənədində qeyd olunan 18 tona yaxın avtomobil ehtiyyat hissələrinin İran ərazisində boşaldıldığı və həmin yükün yerinə 17 tondan artıq döşəmə daşının yüklənildiyi müəyyən olunub.
Yükə qanunsuz müdaxilə zamanı istifadə olunan yapışdırıcı və digər vasitələr, qırılıb sonradan yapışdırılmış gömrük təminatları maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi