Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin dəstəyi ilə onlayn görüş keçirilib
Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin dəstəyi ilə onlayn görüş keçirilib
İyunun 5-də Dövlət Gömrük Komitəsinin aidiyyəti struktur bölmələrinin əməkdaşları ilə Korrupsiyaya Qarşı Mübarizə Orqanları Beynəlxalq Assosiasiyasının (İAACA) nümayəndələri arasında onlayn görüş keçirilib.
Görüş gömrük sistemində həyata keçirilən islahatlar çərçivəsində korrupsiya ilə mübarizə istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin dəstəyi ilə təşkil olunub.
Görüşdə İSO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” standartının tətbiqi sahəsində beynəlxalq təcrübə, gömrük orqanlarında tətbiqi prosedurları, mexanizmləri və digər mövzularda təqdimatlar nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi