Dərman preparatları, tütün məmulatları və pirotexniki vasitələr aşkar edildi
Dərman preparatları, tütün məmulatları və pirotexniki vasitələr aşkar edildi
Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxıl olan məlumat əsasında Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı yanacaq çəninin içərisindən müxtəlif adda 920 flakon, 515 konvolyut və 400 ədəd dərman preparatları, müxtəlif növ stomatoloji ləvazimatlar və 9000 ədəd tütün məmulatı aşkar edilərək ölkə ərazisinə qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.
Gürcüstandan Azərbaycan Respublikasına gələn digər nəqliyyat vasitəsinin qoşqusunda isə kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 1002 qutu pirotexniki vasitə aşkar edilib.
Aşkar olunan faktlarla əlaqədar Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən müvafiq araşdırmalar aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi